Premyer Liqaya yüksələ bilməyən komandada baş məşqçinin işinə son verildi

Çhampionşip komandalarından "Hall Siti" yaşanan uğursuz mövsümdən sonra baş məşqçi ilə yollarını ayırıb.

Sportline.az xəbər verir ki, Acun Ilıcalının sahibi olduğu klub 39 yaşlı mütəxəssis Liam Rosenioru istefaya göndərib.

"Hall Siti" liqanın son həftəsində autsayder "Plimut"a 1-0 hesabı ilə məğlub olaraq pley-off'lardan kənarda qalmışdı.

Qeyd edək ki, Çempionşipdə 1-ci və 2-ci pillədə tamamlayan "Lester Siti" və "İpsviç Taun" növbəti mövsümdən Premyer Liqada çıxış edəcək.