PSJ 18 yaşlı futbolçunun keçidini həll etmək üzrədir

Heyəti gücləndirməyi planlaşdıran PSJ "Lill"in 18 yaşlı futbolçusu Leni Yoronun keçidini həll etmək üzrədir.

Sportline.az xəbər verir ki, istedadlı mərkəz müdafiəçisi ilə tam razılıq əldə olunub.

Bu haqda jurnalist Ekrem Konur X sosial şəbəkəsində məlumat yayıb.

Parislilərə yalnız "Lill"ə transfer qiymətini dəqiqələşdirmək qalır. 

Onun keçid dəyəri 25 milyon avro kimi qiymətləndirilir.

Qeyd edək ki, bu mövsüm 27 oyun keçirən Yoro 3 qola imza atıb.