PSJ-nin futbolçusu geri dönür

PSJ-nin qapıçısı Serxio Riko yenidən yaşıl meydanlara qayıdır.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Fabris Xoukins X sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, həkimlər cərrahiyyə əməliyyatı keçirən futbolçuya artıq məşqlərə başlamağa icazə veriblər.

Onun aprelin sonunda komanda ilə ümumi məşqə çıxacağı bildirilir. 

Qeyd edək ki, Riko 2023-cü ildə atdan yıxılarkən başından zədə almışdı.