"Qalatasaray" ispaniyalı yarımmüdafiəçini istəyir

"Qalatasaray" ispaniyalı yarımmüdafiəçini istəyir.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-qırmızlar" "Espanyol" klubuna məxsus olan futbolçu üçün tələb olunan məbləği ödəməyi hazır olduqlarını bildiriblər.

"Real Madrid"ə icarə əsasında transfer olunan xoselunun hazırki dəyəri 5 milyon avro olsa da "Espanyol" 6 milyon avrondan aşağı qiymətdə razılaşmayacağını bildirib.

Qeyd edək ki, Xoselu bu mövsüm ümumilikdə 43 oyuna çıxıb və 13 dəfə fərqlənməyi bacarıb.