"Qalatasaray" Mertensin əvəzedicisin Portuqaliyadan tapdı

"Qalatasaray" mövsümün sonu komandanı tərk etməsi gözlənən Dries Mertensin yerini "Benfika"nın futbolçusu ilə doldurmaq istəyir.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "sarı-qırmızılı" klub mövsümün sonu "Benfika" ilə müqaviləsi bitəcək Rafa Silvanı heyətinə qatmağı planlaşdırır.

Rafa Silva 2016-cı ildən "Benfika"da çıxış edir. 30 yaşlı futbolçu bu mövsüm çıxdığı 51 oyunda 20 qol, 14 asistlik performans göstərib.

Qeyd edək ki, Rafa Silvanın hazırki transfer dəyəri 18 milyon avrodur.