"Qalatasaray" Okan Buruka yeni müqavilə təklif edib

"Qalatasaray" klubu təcrübəli müətəxsis Okan Buruka yeni müqavilə təklif edib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-qırmızlar" baş məşqçi ilə uzun müdddətli müqavilə imzalamaq istəyirlər.

Okan Buruk komadnada qalacağı təqdirdə 50 milyon Türkiyə lirəsi maaş alacaq. 

Qeyd edək ki, təcrübəli mütəxəsis komanda ilə yola davam etmək istədiyini daha öncəki açıqlamalarında bildirmişdi.