"Qarabağ"dan tarixi qələbə

Bu gün UEFA Çempionlar Liqasında "pley-off" mərhələsi start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə Azərbaycan təmsilçisi "Qarabağ" da meydana çıxacaq. Rəqib "Kopenhagen" kollektivi olacaq.

Qitənin ən nüfuzlu klub turnirində qrup mərhələsinə vəsiqə qazanmağı hədəfləyən Qurban Qurbanovun komandası, Danimarka çempionunu mübarizədən kənarlaşdırmalıdır. 

Tarixdə ilk dəfə azərbaycanlı futbolsevərlər "pley-off" həyəcanı yaşayacaqlar. Buna görə, matça maraq da böyükdür. Oyun gününə cəmi min biletin qaldığı, onların da bu gün satışa çıxarılacağı bildirilir.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək görüşü İtaliya Futbol Federasiyasından Paolo Talyavento idarə edəcək.


15 avqust 2017
Çempionlar Liqası
"Pley-off", ilk oyun

“Qarabağ” (Azərbaycan) - “Kopenhagen” (Danimarka) - 1:0
QOL: Mahir Mədətov, 25 (1:0)

"Qarabağ": 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 8. Miçel, 20. Riçard Almeyda, 11. Mahir Mədətov, 17. Donald Gerrye, 9. Dino Ndlovu
 
"Kopenhagen": 25. Robin Olsen  3. Pyer Benqtsson, 20. Nikolay Boylesen, 22. Peter Ankersen, 27. Mixael Lüftner - 6. Uilyam Kvist, 7. Benjamin Verbiç, 8. Uroş Matiç, 24. Yussef Tutu - 9. Federiko Santander, 11. Andriya Pavloviç


Baş hakim: Paolo Talyavento
Yan xətt hakimləri: Alessandro Calyatini, Alessandro Kostantso 
Dördüncü hakim: Filippo Meli (hamısı İtaliya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu