"Qarabağ" Avropa Liqasının pley-offunda

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsi başa çatır.

Sportline.az xəbər verir ki,təmsilçimiz “Qarabağ” son turda “Hekken”i qəbul edəcək.

Komandamız qələbə sayəsində digər görüşün nəticəsindən asılı olmayaraq pley-offa yüksələcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlanacaq.

Son tur ərəfəsində “Qarabağ” və “Molde” hərəyə 7 xalla 2-3-cü yerləri bölüşür.

“Hekken”in aktivində xal yoxdur.

Avropa Liqası

VI tur

14 dekabr

21:45. “Qarabağ” – “Hekken” 2-1

QOL: Leandro Andrade, 1. Yasin Benziya 45+2. Bədavi Hüseynov 90+4 (a.q.)

Baş hakim: Yucin Caya (Albaniya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu