"Qarabağ"da yeni müqavilə

"Qarabağ" klubu müdafiəçi Bəhlul Mustafazadə ilə müqavilə müddətini uzadıb.

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ilə anlaşmanın müddəti daha 3 il artırılıb.

O, 2027-ci ilin yayına qədər “Qarabağ”da forma geyinəcək.

Qeyd edək ki, Mustafazadə 2021-ci ildən "Qarabağ"ın şərəfini qoruyur.