"Qarabağ"ın qapıçısı: "Ən başlıcası komandanın nəticələridir"

"Qarabağ"ın qapıçısı Andrey Lunyov Avropa Liqasının qrup mərhələsində ən çox seyv edən qolkiperlərin ilk üçlüyündə yer alıb.

Sportline.az xəbər verir ki, rusiyalı futbolçu Matç TV-yə açıqlamasında bununla bağlı fikirlərini bölüşüb.

"Reytinqlərdə yer almaq əlbəttə ki, xoşdur. Amma, buna elə də əhəmiyyət vermirəm. Ən başlıcağı komandanın nəticələridir. Mən sadəcə öz işimi görmüşəm. Ona görə də bunu xüsusi bir nailiyyət saymıram", - deyə Lunyov bildirib.

Qeyd edək ki, siyahının lideri "Aris"in qapıçısı Vanadlr.

İkinci yerdə isə "Rakuv"un qolkiperi Vladan Kovaçeviç qərarlaşıb.