"Qarabağ"ın rəqibində daha bir itki

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Braqa”nı heyətində daha bir itki var.

Sportline.az xəbər verir ki, Adrian Marin və Brumanın ardınca, kapitan Rikardu Orta da zədədən əziyyət çəkir.

29 yaşlı hücumçu ötən gün mətbuat üçün açıq məşqdə iştirak etməyib.

Onun meydana çıxıb-çıxmayacağı sual altındadır. 

Qeyd edək ki, “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.