Qara dəniz derbisinin start heyətləri açıqlanıb

Türkiyə Super Liqasının 35-ci həftəsində "Trabzonspor" Qara dəniz derbisində "Samsunspor"un qonağı olacaq.

Sportline.az xəbər verir ki, bugün saat 20:00-da başlanacaq matçın start heyətləri belədir:

"Samsunspor": Okan, Alim, Dronqelen, Zeki, Bola, Bennaser, Taylan, Ençam, Emre, Karlo Holse,Marius.

"Trabzonspor": Uğurcan, Mönye, Baniya Fernandez, Ener, Umut Güneş, Mendi, Pepe, Bardi, Trezeqe, Onaçu.

Tərəflər arasında ilk dövrədə keçirilən matç "Trabzonspor" qələbəsi ilə yekunlaşmışdı.2-1.

Qeyd edək ki, Avrokuboklara vəsiqə qazanmaq istəyən "Trabzonspor" 58 xalla 3-cüdür. 14-cü sıradakı "Samsunspor"un 39 xalı var.