Almaniyalı qapıçı Çemiponlar Liqasında rekorda imza atıb

Almaniyalı qapıçı Manuel Noyer Çempionlar Liqasının tarixinə keçib.

Sportline.az xəbər verir ki, “Bavariya”nın qolkiperi ötən gecə “Arsenal”la görüşdə qapısını toxunulmaz saxlayaraq yeni rekorda imza atıb.

Belə ki, Manuel Noyer Çempionlar Liqasında 58 oyunda qapısından top keçirməyən ilk qolkiper olub. 

Qeyd edək ki, rekordun öncəki sahibi isə “Real Madrid”in keçmiş qapıçısı İker Kasiliyas olub. O, 57 matçda qapısını toxunulmaz saxlaya bilmişdi. “Yuvetnus”un əfsanəvi qolkiperi Cianluci Buffon isə 52 görüşdə qapısından top buraxmayıb.