"Qoca sinyora"nın yeni sevdası

"Yuventus" heyəti yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportline.az xəbər verir ki, turinlilər "Lill"in müdafiəçisi Tyaqu Calonun xidmətində maraqlıdırlar.

Bu haqda jurnalist Santi Aruna X sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, "qoca sinyora" portuqaliyalı futbolçu üçün 3,5 milyon avro ödəməyə hazırdır.

23 yaşlı Calonun transferinin qış transfer pəncərəsində reallaşdırılacağı gözlənilir.