"Real" finalda

Klublararası dünya çempionatında finalçıların adları müəyyənləşib. SportLine.az xəbər verir ki, həlledici görüşdə "Qremio" və "Real" komandaları üz-üzə gələcək.

Cənubi Amerika təmsilçisi "Paçuka" ilə görüşdə qələbə qazanmaqla həlledici görüşə vəsiqə qazanıb. Madrid klubu isə yarımfinalda "Əl-Cəzirə"dən güclü olub.

Klublararası dünya çempionatı
Yarımfinal

"Qremio" (Braziliya) - "Paçuka" (Meksika) - 1:0
QOL:
Everton, 95 (1:0)

"Əl-Cəzirə" (BƏƏ) - "Real" (Madrid, İspaniya) - 1:2
QOLLAR:
Romarinyo, 41 (1:0); Ronaldu, 53 (1:1); Beyl, 81 (1:2)

Qeyd edək ki, final görüşü dekabrın 16-ı keçiriləcək.