"Real" Mbappeni təqdim edəcəyi tarixi açıqladı

"Real" Kilian Mbappenin təqdimatı ilə bağlı planlarını açıqlayıb.

Sportline.az xəbər verir ki, Madrid klubu bununla bağlı tarixi və məkanı müəyyənləşdirib.

"Marca"nın yaydığı məlumata görə madridlilər tədbiri iyunun 3-ü, 6-sı aralığında təşkil etmək niyyətindədirlər.

Qeyd edək ki, mövsümün sonunda PSJ ilə vidalaşacaq fransalı ulduzun "Real"la müqavilə bağlaması gözlənilir.