"Real" "Qarabağ"a qol vuran futbolçunu istəyir

"Bayer"in lideri Florian Virts qitə nəhənglərinin transfer siyahısında əsas yerlərdən birini tutur.

Sportline.az xəbər verir ki, Almaniya millisinin üzvü Madrid "Real"ının da maraq dairəsindədir.

"Sport Bild"in yaydığı məlumata görə, istedadlı futbolçu "Mançester Siti" və "Arsenal"ın da diqqət mərkəzində olsa da, "Real"a keçidi daha real görünür.

Qeyd edək ki, çempionluğunu rəsmiləşdirən "Bayer" rəhbərliyi Virtsi yalnız bir mövsüm sonra 150 milyon avroya sata biləcəyini bildirib.

Xatırladaq ki, Avropa Liqasının 1/8 finalında "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Bayer"in uğurunda əsas pay sahiblərindən biri məhz Florian Virts idi.