"Real"ın müraciəti qəbul olunmadı

"Real"ın "Valensiya" ilə oyunda qırmızı vərəqə alan Cud Bellingemlə apellyasiya müraciəti qəbul olunmayıb.

Sportline.az xəbər verir ki, ingiltərəli futbolçu qarşıdakı iki oyunu kənardan izləməli olacaq.

Bu haqda "COPE" X sosial şəbəkəsində məlumat yayıb.

Xatırladaq ki, Bellingem La Liqada 27-ci turun "Valensiya" ilə oyununda 90+9-cu dəqiqəsində vurduğu qolu saymayan hakimə qarşı çılğın hərəkətə görə qırmızı vərəqə almışdı.