"Real"la oyun öncəsi "Bavariya"da ciddi itki

"Bavariya" "Real"la UEFA Çempionlar Liqasının yarımfinal matçına ciddi itki ilə çıxacaq.

Sportline.az xəbər verir ki, münhenlilər komandanın aparıcı üzvü Rafael Gereyrunun xidmətindən yararlana bilməyəcəklər.

O, Bundesliqanın 32-ci turunda "Ştutqart"la oyunda (1-3) aldığı zədə üzündən qarşıdakı oyunlarını buraxmalı olacaq.

Bu haqda Münhen klubunun rəsmi saytı məlumat yayıb.

Müayinələr portuqaliyalı müdafiəçinin dizində ciddi xəsarətlər aşkarlayıb. 

Qeyd edək ki, "Bavariya" ilə "Real" cavab görüşünə mayın 8-də Madriddə çıxacaq.

İlk oyun 2-2 hesabı ilə nəticələnmişdi.

Сообщается, что у португальского защитника после прохождения медобследования диагностировали повреждения капсулы коленного сустава и крестообразных связок, которые не позволят футболисту помочь своей команде в предстоящих матчах, в частности, в ответном матче полуфинала Лиги чемпионов с мадридским «Реалом».