Rusiya və Belarus milliləri mayın 7-də yoldaşlıq matçı keçirəcək

Bu barədə Rusiya Futbol Federasiyası məlumat verib.

Sportline.az Sovsport.ru-ya istinadla xəbər verir ki, qarşılaşma Minskdə yerləşən Olimpiya stadionunda baş tutacaq.

Bu matç Rusiya millisinin 2024-cü ildə ilk səfər görüşü olacaq.

Sonuncu dəfə bu komandala arasında matç 2014-ci ildə olub və Rusiya millisi 4-2 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, oyunun başlama saatı hələ ki məlum deyil.