Rusiyalı futbolçu "Nant"a yollanır

Moskva "Lokomotiv"inin futbolçusu Anton Mirançuk karyerasını Fransada davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Metaratings" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, təcrübəli yarımmüdafiəçi "Nant"ın diqqət mərkəzindədir.

Tərəflərin bu yay anlaşacağı gözlənilir. 

Qeyd edək ki, 2017-ci ildən "dəmiryolçular"ın formasını geyinən Mirançuk meydana çıxdığı 203 oyunda 47 qol, 32 məhsuldar ötürmə ilə yadda qalıb.