60 min tutuma malik olan stadion sular altında qaldı

Braziliyada yaşanan sel fəlakəti 100-ə yaxın insanın həyatına son qoyarkən, bir çox ictimai obyektləri də yararsız hala salıb.

Sportline.az xəbər verir ki, "Qremiyo" klubunun stadionu da hadisədən zərərsiz ötüşmüyüb. Klubun ev oyunlarını keçirdiyi "Gremio Arena" stadionu sular altında qalıb və qazon demək olar ki palçıq hovuzuna dönüşüb.

2012-ci ildə istifadəyə verilən bu stadion Braziliyanın ən müasir stadionlarından biridir və 60 min insan tutumuna malikdir.

Qeyd edək ki, Braziliyada ötən həftədən davam edən şiddətli yağışlar bəzi bölgələri iflic vəziyyətinə salıb.