Şəhriyarın Aronyan üzərində qələbəsi

Batumidə keçirilən 43-cü Dünya Şahmat Olimpiadasının 5-ci oyun günündə kişi şahmatçılardan Azərbaycan komandası Ermənistanla üz-üzə gəlib. SportLine.az xəbər verir ki, görüş zəka sahiblərimizin qələbəsi ilə yekunlaşıb.

Görüşün maraqla gözlənilən duelində isə Şəhriyar Məmmədyarov Levon Aronyanı mat edib.