"Silkeborq" tarixində 2-ci dəfə Danimarka kubokunun sahibi oldu

Danimarka kubokunda 2023/2024 mövsümünə yekun vurulub.

Sportline.az xəbər verir ki, final oyununda "Silkeborq ""Orxus"la münasibətlərə aydınlıq gətirib.

Matç "Silkeborq"un minimal hesablı qələbəsi ilə yekunlaşıb.1-0.

Oyundakı yeganə qolu 38-ci dəqiqədə Oliver Sonne vurub.

Bu nəticə ilə "Silkeborq" tarixində 2-ci dəfə Danimarka kubokuna yiyələnib.

Qeyd edək ki, "Silkeborq" Danimarka Super Liqasında 28 turdan sonra 32 xalla 6-cı sıradadır.