“Sumqayıt” –“Qarabağ” oyununun baş hakimi Rauf Cabarov cəzalandırılıb

Azərbaycan Premyer Liqasının 32-ci turunun “Sumqayıt” –“Qarabağ” oyununun (1:0) baş hakimi olan Rauf Cabarov cəzalanıb.

Sportline.az Sportinfo.az saytına istinadla xəbər verir ki, 39 yaşlı referi matçın sonlarında ev sahiblərinin qapısına penalti təyin etmədiyinə görə barəsində belə qərar verilib.

"VAR" hakimi Tural Qurbanov həmkarını epizodun təkranını izləməyə dəvət etsə də, o, yenidən qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Rauf Cabarov ən azı 3-4 oyunluq cəzalandırılıb.