"Sumqayıt"dan yeni transfer

"Sumqayıt” daha bir futbolçunun keçidini gerçəkləşdirib.

Sportline.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir.

Komanda son mövsümü “Şamaxı”da keçirmiş hücumçu Kamran Quliyevlə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, “Qəbələ” klubunun yetirməsi olan Kamran Quliyev karyerası ərzində Litvanın “Yonava”, “Sabah” və “Şamaxı” klublarında oynauən. Ötən mövsüm Misli Premyer Liqasın 33 oyunda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan 23 yaşlı hücumçu Azərbaycanın U-17, U-19 və U-21 yığmalarına da dəvət alıb.

Xarırladaq ki, "Sumqayıt" bu yay transfer pəncərəsi zamanı Mehdi Cənnətov, Orxan Sadıqlı və Rövlan Muradovu da heyətinə qatıb.