Tayson Fyuri karyerasını bitirməyəcək

Britaniyalı boksçu Tayson Fyuri karyerasını bitirməyəcəyini açıqlayıb. 

Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, "WBC" ağır çəki dərəcəsində çempionluğunu qoruyan Tayson Fyuri açıqlamsında karyerasını bitirməyəcəyini və ən az 5 döyüşə çıxacağını bildirib. 

Tayson Fyuri :"Kim nə istəsə onu da deyə bilər. Frensis Nqaunno ilə revanş döyüşünə hazıram. Lazım gəlsə 2 və ya daha artıq döyüşə çıxacağam. Daha öncə əldə etdiyim bütün qalibiyyətləri qorumaq üçün nə lazımdırsa edəcəyəm",-deyib. 

Qeyd edək ki, Tayson Fyuri daha sonra açıqlmasında :" 35 yaşım var və hələ də özümü cavan hiss edirəm. Qarşıda 5 döyüşüm var. Bunlarda da qələbə qazanıb yoluma davam edəcəyəm",-deyib.