Tiaqo Silvanın yeni komandası bəlli olub

Mövsümün sonu "Çelsi"dən ayrılacaq Tiaqo Silva keçmiş komandasına geri qayıdır.

Sportline.az Globo.com-a istinadla xəbər verir ki, braziliyalı futbolçu ölkəsinin komandalarından "Fluminense" ilə 2 illik müqavilə imzalayacaq. 

Silva, 2006-2008 mövsümlərində də bu komandanın şərəfini qoruyub. 

Qeyd edək ki, 2020-ci ildən "Çelsi"də çıxış edən 39 yaşlı müdafiəçi bu mövsüm 34 oyunda meydana çıxıb və 4 qol vurub.