Tonalinin cəzası daha 2 oyun uzadılıb

Mərc oyunlarında iştirak edən "Nyukasl"ın futbolçusu Sandro Tonalinin cəzası daha 2 oyun uzadılıb.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, 2 oyunluq cəzanı 2023/2024 mövsümündə tamamlamalıdır.

Yalnız bu halda, Tonali 10 aylıq fasilədən sonra növbəti mövsüm yaşıl meydanlara qayıda bilər.

Bundan əlavə italiyalı yarımmüdafiəçi 20 min funt sterlinq cəza ödəməlidir.

Qeyd edək ki, 23 yaşlı futbolçu hazırda qumar aludəçiliyindən əziyyət çəkdiyinə görə müalicə alır.