Türkiyə klubu baş məşqçi ilə müqavilənin müddətini uzadıb

Türkiyə basketbol liqasında çıxış edən "Anadolu Efes" baş məşqçisi ilə yeni müqavilə imzalayıb.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "Anadolu Efes" Tomislav Miyatoviçlə 2 illik yeni müqavilə imzalayıb.

Qeyd edək ki, 44 yaşlı Xorvat çalışdırıcı "Anadolu Efes"ə Erdem Canın yerinə gəlmişdi.