Türkiyə kubokunda ilk finalçı müəyyənləşir
Bu gün Türkiyə kubokunun ilk finalçısı bəlli olacaq.
Sportline.az xəbər verir ki, kubokun yarımfinal mərhələsinin cavab oyununda "Beşiktaş" doğma meydanda "Ankaragücün"ü qəbul edəcək. İlk oyun 0-0 hesabı ilə nəticələnmişdi.
Görüşün ədalət təmsilçisi Zorbay Küçük olacaq.
Qeyd edək ki, "Tüpraş" stadionunda keçiriləcək matçın start fiti saat 21:30-da səslənəcək.