Türkiyə kubokunun ilk finalçısı müəyyənləşdi

Türkiyə kubokunda ilk finalçının adına aydınlıq gəlib.

Sportline.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda "Beşiktaş" doğma meydanda "Ankaragücü"nü 1-0 hesabı ilə məğlub edərək adını finala yazdırıb.(Ümumi hesab 1-0).

Görüşdə yeganə qolun müəllifi 70-ci dəqiqədə Ernest Muçi olub.

Qeyd edək ki, "Beşiktaş"ın finaldakı rəqibi sabah keçiriləcək "Karagümrük"-"Trabzonspor" oyununda bəlli olacaq. İlk matç Qaradəniz təmsilçisinin 3-2 hesablı qələbəsi ilə yekunlaşmışdı.