UEFA "Qarabağ"a ödəniş etdi

Avropa Liqasında bu mövsüm uğurlu çıxış edən “Qarabağ” UEFA-dan növbəti ödəniş alıb.

Sportline.az xəbər verir ki, Azərbaycan çempionu məhz bu turnirdə pley-offa və 1/8 finala vəsiqə qazanması ilə əlaqədar ayrılmış məbləği alıb.

Qitə futbol qurumu tərəfindən ayrılan 1 milyon 700 min avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qarabağ”ın hesabına köçürülüb.