Ukraynalı boksçu rəqibini tənqid edib

Ukraynalı boksçu Oleksandr Usik Tayson Fürini tənqi edib. 

Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, Oleksandr Usik rəqibnə :"Ağır çəki dərəcəsində döyüşəcəyik. Məğlub olduğun zaman hakimələrin qarşısında ağlayaraq qələbə qazanmaq istədiyini demə. Ya qalib gəl, ya da məğlub ol",-deyib. 

Qeyd edək ki, Tayson Fürinin meneceri Frank Varren mayın 18-də keçiriləcək görüşdə :"Qalib gələn tərəf biz olacağıq. Buna əminlik verə bilərəm",-deyib.