Xabi Alonso "Roma" ilə oyunla bağlı fikirlərini bölüşüb

Azarkeşlər bu gün Avropa Liqasının cavab yarımfinal oyunlarını maraqla gözləyirlər.

Sportline.az xəbər verir ki, gərgin mübarizə vəd edən görüşlərdən birində "Bayer" "Roma"nı qəbul edəcək.

Leverkuzenlilərin baş məşqçisi Xabi Alonso qarşılaşma ilə bağlı fikrilərini bölüşüb.

"Cavab matçı həmişə təhlükəlidir. İki top üstün olsaq da, arxayınlaşmağa dəyməz. Bir qol hər şeyi tərsinə çevirə bilər. İlk dəqiqələrdən sayıqlığımızı itirməməliyik".

İspaniyalı mütəxəssislərin bu sözləri UEFA-nın rəsmi saytında yer alıb.

Qeyd edək ki, "Bayer" - "Roma" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

İlk oyun leverkuzenlilərin 2-0 hesablı qələbəsi ilə nəticələnmişdi.