Yürqen Klopp və Muhammed Salah arasında gərginliyin səbəbi bəlli olub

Yürqen Klopp və Muhammed Salah arasında gərginliyin səbəbi bəlli olub.

Sportline.az xəbər verir ki, "Liverpul" klubunun təcrübəli çalışdırıcısı və ulduz futbolçusunun arasında yaranan gərginliyin səbəbi Muhammed Salahın ləng hərəkət etməsi olub.

Yürqen Klopp ulduz futbolçunun ləng hazırlanması və oyuna gec daxil olmasına əsəbələşib.  Muhammed Salah isə edə biləcəyi bir şeyin olmadığını bildirib.

Qeyd edək ki, Yürqen Klopp  daha öncə mövsüm sonunda "Liverpul"dan ayrılacağını bildirmişdi.