"Yuventus"un yeni transferi

“Yuventus” 23 yaşlı müdafiəçi Tiaqo Calonunun transferi ilə bağlı “Lill” ilə razılığa gəlib.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Fabrisio Romano X sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, ”Yuventus” Calo üçün “Lill”ə 3.5 milyon avro və sonrakı satışdan 10% pay verəcək.

Calonun İtaliya klubu ilə 2028-ci ilədək nəzərdə tutulan müqaviləyə imza atacağı bildirilir.

Portuqalyalı oyunçunun həftənin 3-cü günü tibbi muayinədən keçmək üçün Turinə gələcəyi gözlənilir.