"Qarabağ" APOEL-lə heç-heçə etdi

Bu gün Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçiriləcək.

Sportline.az xəbər verir ki, ölkə çempionumuz "Qarabağ" da növbəti matçına çıxacaq. Ağdam təmsilçisi Bakıda Kiprin APOEL klubunu qəbul edəcək.

Bu, Qurban Qurbanovun komandasının cari avrokubok mövsümündə Nikosiya təmsilçisi ilə 3-cü görüşüdür. Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində, səfərdə 2:1 hesablı qələbə qazanan komandamız, Bakıda 0:2 hesabı ilə uduzaraq ÇL-dən kənarda qalmışdı. Bu baxımdan bugünkü görüş "Qarabağ" üçün həm də, revanş sayıla bilər.


24 oktyabr

Avropa Liqası

A qrupu

 
20:55. “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) 2:2
Qol: Dani Kintana, 13 (1:0), Maksim Medvedev, 29-öz qapısına (1:1), Linus hallenius, 45+1 (1:2), Aylton, 58 (2:2)
Hakimlər
: Filip Qlova, Ona Frantişek Ferenç, Yan Pozor, Peter Ziemba (hamısı Slovakiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

23:00."Sevilya" (İspaniya) - "Düdelanj" (Lüksemburq)
 

1.

Sevilya

 

2

2

0

0

4:0

6

2.

Qarabağ

2

1

0

1

4:4

3

3.

Düdelanj

2

1

0

1

5:7

3

4.

APOEL

2

0

0

2

3:5

0