"Mançester Yunayted"in sabiq hücumçusu "Liverpul"a keçə bilər
"Mançester Yunayted"in sabiq futbolçusu Meyson Qrinvud karyerasını "Liverpul"da davam etdirməyə yaxındır.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Liverpul" "Marsilya"nın ingiltərəli vingeri M.Qrinvudu heyətinə qatmaq üzrədir.
23 yaşlı futbolçunun transfer qiyməti 60 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, Qrinvud cari mövsüm çıxış etdiyi 34 matçda 19 qol 5 məhsuldar ötürmə müəllifi olub.