Yan Zommer "Brügge"də

"Brügge" klubu heyətini gücləndirib.

Belçikanın ən iddialı komandlarından olan "Brügge" məşhur qapıçı Yan Zommerlə anlaşıb.

Sportline.az xəbər verir ki, bu haqda Belçika təmsilçisinin rəsmi saytı məlumat yayıb.

37 yaşlı qolkiper yeni klubu ilə 2029-cu ilin yayına qədər müqavilə bağlayıb.

Qeyd edək ki, isveçrəli futbolçunun son iş yeri Milan "İnter"i olub.