"Vest Hem"də yeni baş məşqçi
"Vest Hem” Skott Parkeri baş məşqçi vəzifəsinə təyin edib.
Sportline.az xəbər verir ki, 46 yaşlı mütəxəssis London klubu ilə 2,5 illik müqavilə imzalayıb. O, daha əvvəl “Fulhem”, “Bornmut” və “Bernli”ni Çempionşipdən Premyer Liqaya yüksəltməyi bacarıb.
Parker təyinatından sonra klubun əsas məqsədinin yenidən İngiltərə çempionatının elitasına qayıtmaq olduğunu bildirib.
“Mən bu liqada üç dəfə mübarizə aparmışam və hər üçündə Premyer Liqaya yüksəlmişəm. Bunun nə qədər çətin olduğunu bilirəm. Təcrübəmin hər zərrəsindən istifadə edəcəyəm”, – deyə ingiltərəli mütəxəssis vurğulayıb.