İngiltərə klubunda ciddi itki

"Sanderlend”in yarımmüdafiəçisi Habib Diarra təxminən altı həftə yaşıl meydanlardan kənarda qalacaq.

Sportline.az xəbər verir ki, komandanın baş məşqçisi Rejis Le Bris futbolçunun əzələ zədəsi aldığını təsdiqləyib.

“Onun üçün üzgünük. Əvvəlki zədəsindən sonra yenidən qayıtmaq üçün çox çalışmışdı. O, heyətimiz üçün vacib oyunçudur”, – deyə mütəxəssis bildirib.