16 yaşlı futbolçu "Real Madrid"ə keçəcək
"Mançester Yunayted"in futbolçusu JJ Qabriel karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır.
Sportline.az xəbər verir ki, "Real Madrid" 16 yaşlı hücumameyilli yarımmüdafiəçini transfer etmək niyyətindədir.
Bu haqda jurnalist Florian Plettenberq məlumat yayıb.
Qeyd edək ki, JJ Qabriel "los blankos"a keçməyə istəklidir.