“Bu, inanılmaz hiss idi”

PSJ-nin gənc futbolçusu David Boli Çempionlar Liqasındakı debütünü qolla qeyd edib.

Sportline.az xəbər verir ki, fransalı futbolçu “Vilyarreal”la qarşılaşmadan sonra təəssüratlarını bölüşüb.

“Luis Enrike məni isinməyə çağıran kimi oyuna kökləndim. Meydana çıxacağımı deyəndə ona bildirdim ki, həmişəki kimi futbolumu oynayacağam. Stress keçirməyəcəyəm. Bu da nəticəsini verdi”, – deyə Boly bildirib.

O, Çempionlar Liqasında debüt etməyin və belə bir oyunda qol vurmağın inanılmaz hiss olduğunu söyləyib.

Boli baş məşqçiyə və ona dəstək olan məşqçilər heyətinə təşəkkür edib.