“Bavariya” dünyanın ən yaxşı komandalarından biridir”

“Atletiko”nun hücumçusu Aleksandr Sörlot “Bavariya” Çempionlar Liqası matçından sonra komandasının çıxışını dəyərləndirib.

Sportline.az xəbər verir ki, norveçli futbolçu rəqibin gücünü etiraf edib.

“Bavariya” dünyanın ən yaxşı komandalarından biridir. İlk hissədə yaxşı müdafiə olunduq, əks-hücumlarımız və qol imkanlarımız var idi. Sadəcə, son ötürmə çatışmadı”, – deyə Sörlot bildirib.

O, fasilədən sonra komandanın enerjisinin azaldığını və rəqibin bundan istifadə etdiyini söyləyib.

“Qarşıda hələ dörd oyunumuz var. Hər dəfə meydana çıxanda qalib gəlmək istəyirik. Çalışmağa davam etməli və qalan oyunlarımızı qazanmağa ümid etməliyik”.