"Arsenal"dan 100 milyon avroluq həmlə

"Arsenal” “Bornmut”un hücumçusu Eli Junior Kroupini transfer etmək istəyir.

Sportline.az xəbər verir ki, “topçular” fransalı futbolçunun mümkün transferi ilə bağlı ilkin araşdırmalara başlayıblar.

20 yaşlı hücumçu ötən mövsüm Premyer Liqada 13 qol vuraraq diqqət çəkib. Onun çıxışı bir sıra Avropa klublarının marağına səbəb olub.

“Bornmut”un futbolçunu qışda buraxmağa həvəsli olmadığı bildirilir. Nəşrin məlumatına görə, klubun mövqeyini dəyişməsi üçün təxminən 100 milyon funtluq təklif tələb oluna bilər.

Kroupi “Arsenal”ın qış transfer pəncərəsi üçün əsas hədəflərindən biri ola bilər.