16 yaşlı futbolçu tarixə düşdü

“Ayntraxt”ın futbolçusu Niko İliçeviç Bundesliqa tarixinin ən gənc oyunçularından biri olub.

Sportline.az xəbər verir ki, 16 yaşlı yarımmüdafiəçi “Hamburq”la qarşılaşmada meydana çıxaraq bu göstəricidə Yussufa Mukoko ilə eyni nəticəyə imza atıb.

Hər iki futbolçu Bundesliqada debüt edərkən 16 yaş bir günlük olub. İliçeviç bununla Almaniya çempionatının tarixinə düşüb.

O, bu mövsüm “Ayntraxt”ın U-19 komandasında 7 oyunda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.