"Qalatasaray" "Ştutqart"a qarşı

UEFA Çempionlar Liqasının liqa mərhələsində 4-cü tura start verilir.

Sportline.az xəbər verir ki, "Qalatasaray" "Rams Park"da "Ştutqart"la qarşılaşacaq.

Okan Burukun komandası meydana optimal heyətlə çıxacağı gözlənilir.

Almaniya təmsilçisində itkilərin sayı kifayət qədərdir. Leo Sauer, Angelo Ştiller, Yoşa Vaqnoman, Dan-Aksel Zaqadu və Castin Diel zədədən əziyyət çəkir.

Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 21:45-də səslənəcək görüşü ingiltərəli hakim Kris Kavana idarə edəcək.