Arnold evinə qayıdır?

“Liverpul” sabiq futbolçusu Trent Aleksander-Arnoldun transferi üçün yenidən hərəkətə keçə bilər.

Sportline.az xəbər verir ki, Mersisayd təmsilçisi qış transfer pəncərəsində “Real Madrid”ə icarə təklifi göndərməyi planlaşdırır.

2025-ci ildə Madrid klubuna keçən ingiltərəli müdafiəçi əsas heyətdə müntəzəm oynamaq imkanı qazana bilməyib.

“Arsenal” və “Çelsi”nin də futbolçu ilə maraqlandığı bildirilir.

Aleksander-Arnoldun gələcəyi ilə bağlı müzakirələr son həftələrdə yenidən gündəmə gəlib.