"Sabah" - "Vikinq" görüşünün hakimi bilindi
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda keçiriləcək “Vikinq” (Norveç) – “Sabah” matçına hakim təyinatları açıqlanıb.
Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, oyunu Niderlanddan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim FIFA referisi Sander van der Eyk olacaq. Ona Rens Bluemink və Stefan de Qrot kömək edəcəklər.
Dördüncü hakim vəzifəsini Coui Koy yerinə yetirəcək.
Qeyd edək ki, Norveçdə keçiriləcək oyun noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.